• Facebook
  • Twitter
  • Google-plus
  • whatsapp

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap etmişdir

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap etmişdir

“Abituriyent” jurnalının 2-ci nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, “Abituriyentin elektron ərizəsi” formasının doldurulma qaydası və nümunəsi, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilmişdir.

Bu nömrədə, həmçinin 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalə dərc olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Aprel 03 , 2018

Site created by Development.az